Seymur Orucov növbəti dəfə Ağstafa şəhərinə baxış keçirib- FOTO

19:14 - 8 Avqust 2020 - Xəbər

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun bir sıra məsul şəxsləri ilə birlikdə növbəti dəfə Ağstafa şəhərinin prospekt və mərkəzi küçələrinə baxış keçirib.

Mərkəzdə yerləşən xidmət, ictimai-iaşə və ticarət obyektlərindəki mövcud şəraitlə yaxından tanış olub. Vətəndaşlara göstərilən xidmət səviyyəsi ilə maraqlanıb.

İcra başçısı sahibkarlar və sakinlərlə sanitar-profilaktik mövzuda maarifləndirici söhbətlər aparıb. Şəhər küçələrində zəruri abadlıq işlərinin aparılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib .


Xəbər xətti