Ucnoqta.az
www.ucnoqta.az

Seymur Orucov növbəti dəfə Ağstafa şəhərinə baxış keçirib- <font color=red><b>FOTO</b></font>

19:14 - 8 Avqust 2020 tarixində dərc olunub.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun bir sıra məsul şəxsləri ilə birlikdə növbəti dəfə Ağstafa şəhərinin prospekt və mərkəzi küçələrinə baxış keçirib.

Mərkəzdə yerləşən xidmət, ictimai-iaşə və ticarət obyektlərindəki mövcud şəraitlə yaxından tanış olub. Vətəndaşlara göstərilən xidmət səviyyəsi ilə maraqlanıb.

İcra başçısı sahibkarlar və sakinlərlə sanitar-profilaktik mövzuda maarifləndirici söhbətlər aparıb. Şəhər küçələrində zəruri abadlıq işlərinin aparılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib .

Müəllif: