Bakıda toqquşan iki avtomobildən biri aşıb, xəsarət alan var

17:15 - 7 Avqust 2020 - HADİSƏ

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində qeydə alınıb. Belə ki,  "Ravon" markalı avtomobil hərəkətdə olan "KİA" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən "KİA" avtomobili yoldan çıxaraq aşıb.
"KİA"nın sürücüsü ağır xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti