Ana səhifə Mobil versiya
23 Sentyabr 2020

Fransada silahlı şəxs bankda insanları girov götürüb

Fransanın Havr şəhərində silahlı şəxs bankda insanları girov götürüb. APA xəbər verir ki, bu barədə “Figaro” nəşri məlumat yayıb. Məlumata görə, iki nəfər binanı tərk edə bilib və hazırda içəridə dörd girov var. Bildirilir ki, silahlı kişi Havrın mərkəzində, Strasbur bulvarındakı bank filialına daxil olub və tələb irəli sürüb. Tələbin təfərrüatları hələlik açıqlanmır. Bank binası mühasirəyə alınıb, hadisə yerinə terrorçuluqla mübarizə üzrə xüsusi təyinatlı polis bölmələri gəlib. Hazırda polis həmin şəxslə danışıqlar aparır. “BFMTV” telekanalının məlumatına görə, şübhəli şəxs psixi problemləri olan və bir sıra qanun pozuntularına görə polis tərəfindən tanınan 34 yaşlı yerli sakindir.
Tarix
6 Avqust 2020 [22:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-06 22:12:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin