Hazırda paytaxtda bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, bu səbəbdən bəzi müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında gecikmə yaranıb: "Bu dəqiqlərdə sıxlıq olan küçələr aşağıdakılardır: Heydər Əliyev prospekti kənar yol şəhər istiqaməti, Ziya Bünyadov prospekti 20 Yanvar istiqaməti və Tbilisi prospekti 20 Yanvar dairəsi istiqaməti”, - deyə məlumatda qeyd olunub.