Ana səhifə Mobil versiya
22 Sentyabr 2020

Koronavirus testi pulsuz olsun - Deputatdan TƏKLİF

“Hökumətin diqqətini tikinti sektorunda yaranan durğunluğa cəlb etmək istərdim. Tikinti sektorunun işləməsinə imkan verilməsi olduqca zəruridir”.

Bu sözləri Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib.

Deputat daha sonra qeyd edib ki, supermarketlərə insanlar daha çox üz tutur, nəinki mebel mağazalarına: “Bu mənada hesab edirəm ki, mebel mağazalarının da açılması zəruridir. Ayrı-ayrı ticarət mərkəzləri də açılmalı, bununla paralel olaraq karantin rejiminə ciddi əməl olunmalıdır. Mən müşahidə etmişəm, bəzi marketlərə maskasız daxil olan insanlara sahibkar xidmət göstərilməyəcəyini deyir. “Sədərək” və “Binə” ticarət mərkəzlərində minlərlə insan çalışırdı, indi onlar işsiz qalıb”.

Millət vəkili deyib ki, koronavirusun müəyyənləşdirilməsi ilə bağlı testin qiyməti kifayət qədər yüksəkdir: “Bizdə ən aşağı qiymət 50 manat civarındadır. Bu məsələyə də baxılmalı və minimum qiymət haqqında düşünməli, əgər mümkündürsə, pulsuz həyata keçirilməlidir”.///publika.az

Tarix
6 Avqust 2020 [13:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-06 13:15:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin