Ermənistanda yol qəzasında bir hərbçi ölüb, 3 hərbçi yaralanıb

11:32 - 6 Avqust 2020 - Xəbər

Ermənistanda hərbi qulluqçular yol qəzasına düşüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, yol qəzası bu gün səhər Ermənistanın şimalında, Gümrü-Spitak yolunda qeydə alınıb.

Qəza nəticəsində, bir hərbi qulluqçu ölüb, üç hərbi qulluqçu isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hərbi qulluqçuların müqavilə əsasında xidmət etdiyi bildirilir.

Xəbər xətti