Şəmkirdə iş yoldaşını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

10:37 - 5 Avqust 2020 - HADİSƏ

Şəmkirdə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb.  

APA-nın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən, 1999-cu il təvəllüdlü Mixayıl Quliyev tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisəni törədən şəxs bıçaqlanan şəxslə iş yoldaşı olub.

***
saat 04:53

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Morul kəndində qeydə alınıb.

1995-ci il təvəllüdlü Quliyev Sənan Mürşüd oğlu qarnının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 25 yaşlı S.Quliyev tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti