Gürcüstanda azərbaycanlı ailə qarət olunub

11:55 - 4 Avqust 2020 - HADİSƏ

Gürcüstanın Telavi rayonunun Qaracala kəndində oğurluq hadisəsi baş verib.

“Report” xəbər verir ki, ötən gecə naməlum şəxs Lamiyə İlyasovanın evinə daxil olub və zinət əşyalarını oğurlayıb.
Polis qarəti törədən şəxsi artıq müəyyən edib. Onun saxlanılması üçün müvafiq istintaq tədbirləri həyata keçirilir.

Faktla bağlı oğurluq maddəsi üzrə cinayət işi açılıb. 

Xəbər xətti