Qazaxda həyat yoldaşını güləlləyən şəxs saxlanılıb - YENİLƏNİB

08:52 - 4 Avqust 2020 - HADİSƏ

Qazaxda həyat yoldaşını güləlləyən kənd sakini, 49 yaşlı Osmanlı Ayaz Kərəm oğlu polis tərəfindən saxlanılıb.

APA-nın məlumatına görə, faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açlıb, araşdırma aparılır.

***

08:06

Qazax rayonunda qətl hadisəsi baş verib.

Məlumata görə, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.
Osmanlı Ayaz həyat yoldaşı, 43 yaşlı Osmanlı Maral Baba qızını güləlləyib. Qadın xəstəxanaya aparılarkən yolda dünaysını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.///Apa

Xəbər xətti