Qarabağ qazisi avtomobil qəzasında həlak olub - Foto

09:21 - 3 Avqust 2020 - HADİSƏ

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Biləsuvar rayonu ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1969-ci il təvəllüdlü Qədir Əsəd oğlu Musayev idarə etdiyi "Naz Lifan" markalı minik avtomobili aşırıb.
Qəza nəticəsində sürücü dünyasını dəyişib.

Qeyd edək ki, Q.Musayev Qarabağ qazisidir və Birinci Qarabağ savaşında Biləsuvar könüllülərindən ibarət batalyonunun komandiri olub.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti