Bakıda avtomobil 2 yaşlı körpənin üstündən keçib

11:16 - 2 Avqust 2020 - HADİSƏ

Bakıda körpənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Suraxanı rayonunda qeydə alınıb. Yeni Günəşli qəsəbəsində avtomobil 2018-ci il təvəllüdlü Məmmədli Ömür Asim qızının üzərindən keçib. Ağır bədən xəsarətləri alan 2 yaşlı körpə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarnın küt travması, çanaq sümüklərinin sınıqları diaqnozları qoyulub.

Ö.Məmmədlinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti