“Buz dövrü” barədə əsl həqiqət məlum oldu

10:04 - 2 Avqust 2020 - Xəbər

Mamontlar və digər nəhəng heyvanlar vulkan püskürməsi nəticəsində yaranan soyuq iqlimə  görə məhv olublar. Buna qədər hesab olunurdu ki, temperatur dəyişikliyi Yerə meteoritin düşməsi ilə əlaqədardır.

Bu barədə 360 TV xəbər yayıb.
Tədqiqatçılar Mərkəzi Texasdakı “Hall” mağarasında qazıntı işləri apararkən əvvəllər yerüstü təsir qalıqları ilə səhv saldıqları püskürmə əlamətlərini aşkarlayıblar. Elm adamları maddələrin biokimyəvi analizini aparıblar və onların içərisində yerdənkənar bir şey olmadığını müəyyən ediblər: Bunlar meteorit deyil, lava idi.

Beləliklə, çox güman ki, 13 min il əvvəl bir çox vulkanın püskürməsi səbəbindən Yer səthinin üstündə qatı suspenziya meydana gəlib, bu da günəş şüalarının keçməsinə imkan verməyib. Nəticədə buz dövrü yaranıb, ardınca isə heyvanlar məhv olub.///oxu.az

Xəbər xətti