Ana səhifə Mobil versiya
28 Sentyabr 2020

"İnter"dən Messiyə fantastik məbləğ təklifi

İtaliya "İnter"i İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messini transfer etməyə çalışacaq. "Report"un "Sport Mediaset"ə istinadən verdiyi məlumata görə, "neradzurri" argentinalı hücumçunun keçidini onun Kataloniya təmsilçisi ilə müqaviləsinin bitəcəyi 2021-ci ilin yayında azad agent kimi gerçəkləşdirmək niyyətindədir. Bu halda Messinin "İnter"də illik maaşı 50 milyon avro təşkil edəcək. Bunun əvəzində klub 33 yaşlı hücumçunun yeni sponsorlar cəlb etməkdə yardımçı olacağına ümid edir. Qeyd edək ki, Lionel Messi bütün karyerasını "Barselona"da keçirib. O, 2019/2020 mövsümündə Primerada 33 oyuna 25 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Messi hər iki göstəricidə ən yaxşı sayılıb.
Tarix
25 İyul 2020 [18:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-25 18:42:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin