XİN: Azərbaycan ordusuna qarşı Serbiyada istehsal olunan silahlardan istifadə olunub

Bizdə tam dəqiq məlumatlar var idi ki, Azərbaycan ordusuna qarşı Serbiyada istehsal olunan silahlardan istifadə olunub.

Bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov Serbiyanın Ermənistana silah göndərməsi ilə bağlı söyləyib.

Onun sözlərinə görə, səfirliklər vasitəsilə təmasları davam etdirilir. Hazırda Serbiya tərəfində bu məsələnin araşdırılması məsələsi başlanılıb. Bununla bağlı Azərbaycana rəsmi izahat veriləcək:

"Biz bu addımların atılmasına gətirib çıxaran məsələləri bilmək istəyirik. Bu məsələnin gündəlikdə olan həssas məsələ olduğunu qeyd etmək istəyirik. Ermənistan-Azərbaycan sərhəddinin Tovuz istiqamətində aparılan tədqiqatlar göstərdi ki, mülki vətəndaşlara, Azərbaycan ordusuna atılan silahlar Serbiya istehsalıdır. Əlbətdə ki, silah istehsal edən ölkə bu silahın istifadəsinə və hansı ölkəyə satılması məsələlərinə görə məsuliyyət daşıyır".

Tarix
23 İyul 2020 [14:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-23 14:09:42
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin