Bakıya dəstək verəcəyik: Əliyevlə danışıram... - VİDEO

Qardaş Azərbaycanı qətiyyən tək qoymarıq. Dağlıq Qarabağ işğal altındadır. Minsk qrupu 25-30 ilə yaxındır ki, bu işi masanın üstündə saxlayıb.

 

Ucnoqta.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərməsi nəticəsimdə yaranan gərgin hərbi vəziyyətlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

Prezident İlham Əliyevlə vəziyyəti müzakirə etdiyini, Azərbaycan hərbi nümayəndə heyətinin Ankaraya səfərə gəldiyini diqqətə çatdıran Türkiyə dövlətinin başçısı qeyd edib ki, Ermənistan Tovuz bölgəsi istiqamətində yaşayış məskənlərini və dinc əhalini atəşə tutur. Azərbaycan da torpaqlarını və əhalisini qətiyyətlə müdafiə edir. “Qafqaz mücadiləsi zamanında olduğu kimi, bundan sonra da Azərbaycanın, azərbaycanlı qardaşlarımızın yanında olacağıq”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Tarix
18 İyul 2020 [00:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-18 00:05:11
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin