Türkiyədə hərbi kəşfiyyat təyyarəsi qəzaya uğradı: Ölənlər var

09:56 - 16 İyul 2020 - DÜNYA

Türkiyənin şərqində - Van vilayətinin ərazisində Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi qəzaya uğrayıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Hadisə nəticəsində yeddi nəfər həyatını itirib. Həlak olanlar təhlükəsizlik orqanlarının əməkdaşları olub.
Hazırda hadisənin səbəbləri araşdırılır.///oxu.az

 

Xəbər xətti