COVID-19-a qarşı peyvəndin sınaqları uğurlu olub

Oksford Universitetində Böyük Britaniya-İsveç əczaçılıq şirkəti - “AstraZeneca”nın dəstəyi ilə dövlət vəsaiti hesabına hazırlanmış COVID-19 virusuna qarşı peyvəndin sınaqlarında müsbət nəticələr əldə edilib.

“Report” İTV-yə (Böyük Britaniya) istinadən xəbər verir ki, yeni dərmanın immun gücünü artırdığı məlum olub.
Mötəbər mənbənin dediyinə görə, bu dərmanın səmərəsi bir çox digərlərindən fərqli olaraq anticisimlərin və limfositlərin (T-hüceyrələrinin) təsir gücünə əsaslanır. Bununla belə immun gücünün artırılması baxımdan məhz limfositlərin daha çox əhəmiyyət daşıdığı bildirilir.

Yeni dərmanın nə qədər səmərəli olduğu hazırda koronavirusun daha çox vüsət aldığı Braziliyada keçirilən üçüncü mərhələ sınaqlarında bəlli olacaq. Sınaqlar uğurla başa çatarsa, dərmanın sentyabr ayından kütləvi istehsalına başlana biləcəyi qeyd olunur.

Tarix
15 İyul 2020 [22:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-15 22:13:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin