Azərbaycanın daha 200 vətəndaşı Gürcüstandan təxliyə olunur

09:50 - 13 İyul 2020 - Xəbər

Gürcüstanı pandemiya səbəbindən tərk edə bilməyən 200 Azərbaycan vətəndaşının Vətənə təxliyəsi həyata keçirlir.

Vətəndaşlar Azərbaycanın bu ölkədəki səfirliyinin binası qarşısına toplaşır.

Onlar xüsusi ayrılmış avtobuslarla səfirlik əməkdaşlarının müşayiəti ilə Gürcüstan-Azərbaycan sərhədindəki "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə çatdırılacaq. Ölkə ərazisinə daxil olandan sonra vətəndaşlara yaşadıqları yerə çatmaq üçün bir günlük icazə veriləcək.

Qeyd edək ki, bundan öncə Azərbaycan 178 vətəndaşının Gürcüstandan təxliyəsini təmin edib.///report

 


Xəbər xətti