MN: Azərbaycana məxsus PUA-nın vurulması xəbəri həqiqətə uyğun deyil

06:21 - 13 İyul 2020 - Xəbər

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.

Xəbər xətti