Dünyada koronavirusa yoluxanların sayı 12,5 milyonu ötüb

21:45 - 12 İyul 2020 - DÜNYA

Dünyada koronavirusa yoluxanların sayı 12,5 milyonu ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, son sutkada COVID-19-a 230 370 yoluxma qeydə alınıb, 5 285 pasiyent dünyasını dəyişib.

Beləliklə, dünyada təhlükəli virusa yoluxanların ümumi sayı 12 552 765 nəfər təşkil edir. Pandemiya ərzində ümumilikdə 561 617 nəfər COVID-19-dan ölüb.

Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Qitə ölkələrində 6 540 222 nəfərdə koronavirus aşkarlanıb, 283 357 pasiyentin müalicəsi müsbət nəticələnməyib.///report

Xəbər xətti