Hafiz Paşayevin həyat yoldaşı vəfat edib

16:44 - 12 İyul 2020 - Xəbər

Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin həyat yoldaşı, uzun illər AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi kimi çalışmış Rəna Paşayeva vəfat edib.

APA-nın məlumatına görə, ADA Universiteti Rəna Paşayevanın dünyasını dəyişməsi ilə bağlı başsağlığı verib.
“Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin həyat yoldaşı, uzun illər AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi kimi çalışmış Rəna Paşayevanın dünyasını dəyişməsi ilə bağlı ADA Universitetinin kollektivi adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, - deyə başsağlığında bildirilir.

Xəbər xətti