Saatlıda qatar avtomobili vurub- xəsarət alanlar var

10:23 - 12 İyul 2020 - HADİSƏ

Saatlı rayonunda qatar avtomobili vurub.

Hadisə Saatlının Sarıcalar kəndində qeydə alınıb. Soltanabad kənd sakini, 1994-cü il təvəllüdlü İbrahimov Əlizahid Adıgözəl oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil dəmir yolu xəttini keçən zaman onu qatar vurub. Nəticədə sürücü və avtomibildə olan sərnişinlər - Soltanabad kənd sakinləri, 1994-cü il təvəllüdlü Rzayev İmanverdi Rza oğlu, 1996-cı il təvəllüdlü Rzayev Ceyhun Rza oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb. Sonuncu kəllə-beyin travması ilə ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.

Xəbər xətti