Ermənistanda son sutkada koronavirusdan 13 nəfər öldü

15:27 - 11 İyul 2020 - Xəbər

Ermənistanda son sutka ərzində daha 489 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 31 392 nəfərə çatıb. Son sutka ərzində koronavirusa yoluxan 13 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 559 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 19 419 nəfərdir.

Xəbər xətti