Rayona getmək istəyənlərlə bağlı TƏBİB-dən açıqlama

“Müraciətlər çox olur ki, rayonlara getməyə hansısa şərtlər əsasında icazə olsun. Lakin hər hansı şəxs özünü sağlam hiss edib Bakıya gələn və ya burdan gedərkən kimisə yoluxdura bilər. Tarix boyu epidemiyalara qarşı ilk silah karantin rejiminin tətbiqidir”. 

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB rəsmisi qeyd edib ki, epidemioloji vəziyyət nəzərə alınaraq bu gün kimsəni riskə atmamaq üçün bu istiqamətdə qərar verilə bilməz.

Y.Qarayeva bildirib ki, Azərbaycanın bütün bölgələrində çalışan tibb işçiləri arasında yoluxmalar da var:
“Ölkəyə gələn həkimlər də bu işdə bizim tibb işçilərimizə xüsusi dəstək olacaq”.///report

Tarix
10 İyul 2020 [17:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-10 17:21:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin