“Dünya koronavirus pandemiyasının başlanğıc mərhələsindədir” - Baş infeksionist

12:35 - 10 İyul 2020 - DÜNYA

Dünya hələ də koronavirus pandemiyasının başlanğıc mərhələsindədir

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ-ın Koronavirus İşçi Qrupunun baş infeksion xəstəliklər üzrə mütəxəssisi Anthony Fauci bildirib.
"Braziliyada, Cənubi Afrikada və indi Asiyada böyük yayılmalar (koronavirus - İF) görürük. Buna görə də qlobal bir pandemiyanın başlanğıcındayıq. Koronavirus zəifləmədən əvvəl şiddətlənə bilər"- Fauci deyib.

O bildirib ki, dünya ölkələri birlikdə xəstəliyin qarşısını almaq üçün razılaşdırılmış tədbirlər görməsələr, virus daha bir neçə ay ərzində aktiv şəkildə yayılacaqdır. Fauci ABŞ-da koronavirusun yayılmasına hələ nəzarət edilə bilməyəcəyinə qeyd edib.

"Pis xəbər budur ki, bəzi ştatlar fəaliyyətlərini bərpa etmək üçün məhdudiyyətlərin azaldılması baxımından çox tez hərəkət etməyə başladılar. Bir çox insanlar, xüsusən gənclər tövsiyələri pozdular ... Nəticədə Kaliforniya, Arizona kimi ştatlarda yoluxanların sayının artdığını görürük".

Qeyd edək ki, ABŞ dünyanın bütün ölkələri arasında koronavirus infeksiyası və ölüm hallarının sayına görə birinci yerdədir. 

Xəbər xətti