Gürcüstan Patriarxlığı Ayasofya ilə bağlı mövqeyini açıqladı

15:35 - 9 İyul 2020 - DÜNYA

"Ayasofyanın neytral məkan qalması ən müdrik addım ola bilər". 

Bu barədə Gürcüstan Patriarxlığının bəyanatında bildirilib.

Sənəddə qeyd olunub ki, bu mövqe dost ölkənin daxili işlərinə qarışmaq deyil, ən qədim pravoslav kilsələrindən birinin rəyi və ürək ağrısının ifadəsi kimi qəbul edilməlidir.
Bəyanatda vurğulanıb ki, hazırda dünya bir sıra qlobal çağırışlarla üz-üzədir: "Xristianlar və müsəlmanlar arasındakı xoş münasibətləri saxlamaq və möhkəmləndirmək olduqca vacibdir".

Patriarxlıq Gürcüstan və qonşu, dost və strateji tərəfdaş olan Türkiyə arasında hər iki ölkə üçün faydalı olan əlaqələrin dərinləşdiriləcəyinə ümidvar olduğunu bildirib.///report

Xəbər xətti