Türkiyədə baş verən partlayışda 2 hərbçi ölüb - YENİLƏNİB

Türkiyənin Sakarya vilayətinin Taşkısığı bölgəsində baş verən partlayışda 2 əsgər həyatını itirib.

Məlumata görə, 5-i hərbçi olmaqla, ümumilikdə 6 nəfər xəsarət alıb.

***

saat 13:18

Türkiyənin Sakarya vilayətində daha bir partlayış baş verib, ilkin məlumata görə 6 nəfər xəsarət alıb.

Partlayış Sakaryanın Taşkısığı bölgəsində qeydə alınıb.
Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası və xilasedicilər cəlb olunub.
Hadisə Sakaryada partlayış baş verən pirotexnika istehsal edən fabrikin anbarından partlamamış maddə daşıyan yük maşınında qeydə alınıb. Hadisə nəticəsində 5 hərbçi və bir mülki şəxsin yaralanması haqda məlumatlar var.

Qeyd edək ki, 3 iyulda Sakaryanın Hendek rayonunda pirotexnika istehsal edən fabrikdə də partlayış baş verib, hadisə nəticəsində 7 nəfər ölüb, 100-dən çox işçi yaralanıb.///Apa

Tarix
9 İyul 2020 [13:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-09 13:49:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin