Qəbələdə dağlıq ərazidə güclü yanğın başlayıb

14:41 - 8 İyul 2020 - ÖLKƏ İÇİ

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Xəbər xətti