Azərbaycanın Baş epidemioloqu istefa verdi

13:05 - 8 İyul 2020 - Xəbər

Azərbaycan alimi, tibb elmləri doktoru, professor İbadulla Ağayev Azərbaycanın Baş epidemioloqu vəzifəsindən çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a İ.Ağayev özü məlumat verib. O bildirib ki, öz istəyinə uyğun olaraq Baş epidemioloq vəzifəsindən istefa verib.

Qeyd edək ki, İ.Ağayev 1992-ci ildən Azərbaycanın Baş epidemioloqu vəzifəsində çalışırdı.

Xəbər xətti