Zaqatala rayonunda 5 otaqlı fərdi yaşayış evi yanıb.
Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Zaqatala rayonunun Çobankol kəndində ümumi sahəsi 156 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb