Binəqədidə karantin rejim qaydalarını pozan çay evi aşkarlanıb - Foto

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan çay evi aşkarlanıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhər BPİ, Binəqədi RPİ və 6-cı PB əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə Biləcəri qəsəbəsi Ordubadi küçəsində “Lokomativ-Biləcəri” çay evinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 17 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icrədarı P.Bodurov 2000 manat, digərləri 200 manat cərimə olunublar.///trend

Tarix
7 İyul 2020 [10:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-07 10:38:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin