ÜST: Dünyada koronavirusa yoluxanların sayı 11,1 milyonu ötdü

23:49 - 5 İyul 2020 - DÜNYA

Dünyada koronavirusa yoluxma hallarının sayı son sutkada 203 mindən çox artaraq, 11,1 milyonu ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Təşkilatın məlumatına görə, son sutkada dünyada təhlükəli virusdan ölüm hallarının sayı 5 mindən çox artıb.

Qeyd edilir ki, indiyədək koronavirusa 11 125 245 yoluxma və 528 204 ölüm qeydə alınıb.///report

Xəbər xətti