Nazir: 287 min şəxsə 190 manat ödəniləcək

Ümumilikdə 16 rayon və şəhər üzrə işsiz və karantin rejimində işini itirmiş 287 min şəxsə də 190 manat ödəniləcək. Trend-in məklumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev açıqlamasında bildirib. Nazir bildirib ki, bununla bağlı 55 milyon manat vəsait ayrılıb, qərar layihəsi hazırlanıb və yaxın günlərdə Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.İşsiz şəxslərə və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə bu ödəmə veriləcək. Beləliklə, xüsusi karantin rejiminin sərtləşdirildiyi ümumilikdə 16 şəhər və rayon üzrə 287 min insana yaxın günlərdə bank kartları vasitəsilə bu ödəniş veriləcək. Qeyd edək ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərləri və Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki və Abşeron rayonlarında tətbiq edilir.
Tarix
5 İyul 2020 [22:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-05 22:13:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin