“Fairmont Baku”da karantin qaydalarını pozanlar saxlanıldı

17:48 - 5 İyul 2020 - HADİSƏ

Bakının məşhur hotellərindən birində karantin rejiminin qaydalarına zidd olaraq hovuz müştərilər üçün açıq olub.

Hovuz ətrafında istirahət edən şəxslərin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, polis oteldə karantin qaydaları pozulmasına görə, həmin şəxsləri saxlayıb.
Karantin rejimini pozan şəxslər inzibati məsuliyyətə cəlb olunacaq.///trend

 

Xəbər xətti