Azərbaycanda DƏHŞƏTLİ QƏTL: ər arvadını öldürdü, qızını isə ağır yaraladı

09:28 - 5 İyul 2020 - HADİSƏ

Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını isə ağır yaralayıb.

APA-nın məlumatına görə, hadisə axşam Naftalan şəhərində baş verib. Ailə münaqişəsi zəminində ər 1979-cu il təvəllüdlü həyat yoldaşı Elmira Elm qızı Verdiyevanı və 2002-ci il təvəllüdlü qızı Həsənova Aysunu bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya aparılsa da, Elmira Verdiyeva aldığı xəsarətdən ölüb. A.Həsənova reanimasiyaya yerləşdirilib.

Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb.

Xəbər xətti