Nazir DYP-də kadr dəyişikliyi etdi

20:29 - 4 İyul 2020 - Xəbər

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə yol polisində daha bir yerdəyişmə edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Əlövsət Şamilov tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə o, Sumqayıt Regional Qeydiyyat İmtahan şöbəsinə rəis təyin olunub. Əlövsət Şamilov bu gün şəxsi heyətə təqdim edilib.

Şöbənin əvvəlki rəisi isə Gəncə Regional Qeydiyyat İmtahan şöbəsinə rəis vəzifəsinə göndərilib.///avtosfer

Xəbər xətti