Hacıqabulda ağır qəza: sürücü öldü, oğlu xəsarət aldı

12:47 - 4 İyul 2020 - HADİSƏ

Hacıqabul rayonunun Qubalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə iyulun 3-də baş verib. Hacıqabul rayonunun Qubalı kəndi ərazisində kənd sakini Əmir Həşimov idarə etdiyi “UAZ-469” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu S.Həşimov xəstəxanaya yerləşdirilib.
Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti