Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır

10:07 - 4 İyul 2020 - Xəbər

Paytaxtda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən geniş miqyaslı dezinfeksiya işləri aparılır. BŞİH-nin şəhər təsərrüfatı üzrə şöbə müdiri Ayaz Hüseynov bildirib ki, pandemiya dövründə koronavirusla mübarizə işləri çərçivəsində növbəti dəfə gücləndirilmiş geni miqyaslı dezinfeksiya işləri aparılır. Onun sözlərinə görə, İcra hakimiyyəti tərəfindən dezinfeksiya işlərinə 2 min nəfərə yaxın əməkdaş, 40 ədə texnika və əlavə olaraq Daxili İşlər Nazirliyi tərəfindən 20 ədəd texnika cəlb olunub. Bu gün 450-dən çox küçə və prospektlərin dezinfeksiya olunması planlaşdırılır. Qeyd olunan dezinfeksiya işləri ilə yanaşı, paytaxtın bütün rayonlarında rayon icra hakimiyyətləri, polis idarələri və aidiyyətı idarə və təşkilatların məsul əməkdaşlarından ibarət yaradılan mobil qruplar tərəfindən mövcud sanitar-gigiyena qaydalarına əməl olunmasının vəziyyətinin öyrənilməsi məqsədi ilə reydlər davam etdirilir, vətəndaşlarla maarifləndirmə işləri aparılır. Reydlər nəticəsində bəzi ticarət obyektlərində aşkarlanan sanitar qaydaların pozulması, tibbi qoruyucu vasitələrdən istifadə edilməməsi və sosial məsafənin gözlənilməməsi halları aradan qaldırılır, pozuntulara yol verilmiş obyektlərin sahıblərinə qarşı inzibati cəza tədbirləri tətbiq olunur.

Xəbər xətti