Yevlaxda iki avtomobil toqquşub- xəsarət alanlar var

20:58 - 3 İyul 2020 - HADİSƏ

Yevlax rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Mercedes" markalı minik avtomobili ilə "QAZel" markalı yük maşınının toqquşması nəticəsində "Mercedes"də olanlardan 2 nəfər - 1995-ci il təvəllüdlü İlkin Xüdayarov və 1997-ci il təvəllüdlü Aygün Həsənova xəsarət alıb.

Onlar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti