Bakının bu rayonunda koronavirus ən çox yayılıb- RƏSMİ

17:53 - 3 İyul 2020 - Xəbər

Koronavirusa ümumi yoluxmanın 51,3 faizi Bakının payına düşür.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. O qeyd edib ki, ən çox yoluxma Binəqədi rayonundadır:

“Binəqədidə yoluxma halları 12.8 faiz, Yasamalda 12.4 faiz, Xətaidə 11.9 faiz, Sabunçuda 11.8 faiz, Nəsimidə 10.4 faizdir. Qeyd edim ki, son günlər Nəsimi rayonunda yoluxma sayında artım müşahidə olunur. Nərimanovda 8.8 faiz, Suraxanıda 8.7 faiz, Nizamidə 8.2 faiz, Qaradağda 5.7 faiz, Səbaildə 4.7 faiz, Xəzər rayonunda 4.2 faiz, Pirallahıda  0.3 faiz təşkil edib".

Xəbər xətti