Türkiyədə qayıq batıb, 60 nəfər itkin düşüb

11:39 - 1 İyul 2020 - DÜNYA

Ötən gecə Türkiyənin Van gölündə qanunsuz miqrantları daşıyan qayıq batıb.

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib ki, batan gəmidə 55-60 nəfərin olduğu ehtimal edilir. Batanlardan 6-nın meyiti tapılıb. Qalanlar itkin düşmüş sayılır.
Hadisə ilə əlaqədar 11 nəfər saxlanılıb.///Apa

Xəbər xətti