“Alimlər şəhərciyi”ndə mənzillərin satışına başlanılıb

16:23 - 16 Mart 2018 - Xəbər

Abşeron rayonu Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları üçün nəzərdə tutulan "Alimlər şəhərciyi" yaşayış kompleksində mənzillərin satışına başlanılıb.

AMEA-dan Ucnoqta.az-a verilən məlumata görə, qeyd edək ki, “Smart City – Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə riayət olunacaq 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda memarlıq inşaat sektorunda mövcud olan ən son texnoloji yeniliklər tətbiq ediləcək. Yaşayış kompleksinin məsafədən idarə olunan mərkəzləşdirilmiş kommunal xidmətlər infrastrukturu, tullantıların ekoloji təmiz idarə edilməsi, işıqlandırılmada alternativ enerji mənbələrindən istifadəsi, şəhərciyin müasir təhlükəsizlik sistemləri ilə  təchiz olunması nəzərdə tutulur.


Xəbər xətti