Naxçıvan-Məşhəd- Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək
Novruz bayramı ərəfəsində sərnişin daşımanın təşkil edilməsi məqsədilə 16/15 saylı Naxçıvan - Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək. Ucnoqta.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, qatar 18 mart 2018-ci ildən 1 apel 2018-ci ilədək həftədə iki dəfə - Naxçıvandan həftənin VII və IV günləri saat 11-40-da yola düşəcək, Məşhəd stansiyasına həftənin V və I günləri saat 19-25-də çatacaq. Qatar 17 mart 2018-ci ildən 3 apel 2018-ci ilədək Məşhəddən həftənin VI və II günləri saat 00-30-da yola düşəcək, həftənin VII və III günləri saat 08-45-də Naxçıvana çatacaq.