Nazir əmr imzaladı: 7 polis bölməsinə şöbə statusu verilib

13:55 - 16 Mart 2018 - Xəbər

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb

Bakının yeddi polis bölməsinə şöbə statusu verilib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.
Şöbə statusu alan polis bölmələri aşağıdakılardır:

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi.

Xəbər xətti