ABŞ-də şagirdə təcavüz edən müəllim həbs olundu

09:57 - 30 May 2026 - DÜNYA

Məktəb müəllimi yeniyetməyə pornoqrafiya göstərərək onu təcavüz edib.

Ucnoqta.az xəbər verir ki, WFRV-TV-nin məlumatına görə, Viskonsin ştatında 31 yaşlı müəllim həbs edilib və şagirdə təcavüz etməkdə ittiham olunur.

Menaşa şəhəri sakini Keyşa Stüart 26 mayda həbs edilib. Müstəntiqlərin sözlərinə görə, qadın lisey şagirdinə pornoqrafik film göstərib və sonra onu təcavüz edib. 

Müəllimə yetkinlik yaşına çatmayan şəxsə ədəbsiz materiallar nümayiş etdirməkdə və təcavüz etməkdə ittiham olunur. Girov 40.000 dollar müəyyən edilib və o, uzunmüddətli həbs cəzası ilə üzləşə bilər.

Xəbər xətti