Yuxarı Qarabağ kanalından qadın meyiti tapılıb

18:55 - 30 May 2026 - ÖLKƏ İÇİ

Yuxarı Qarabağ kanalından meyit tapılıb.

"Report"un məlumatına görə, kanalın Ağcabədi rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində qadın meyiti aşkarlanıb.

Meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmova olduğu müəyyən edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

Xəbər xətti