İsveç Silahlı Qüvvələri NATO ölkələrindən olan qoşunların, eləcə də Ukrayna nümayəndələrinin iştirak etdiyi ən böyük milli təlimi olan "Avrora 26" başlayıb.
Ucnoqta.az xəbər verir ki, İsveç Silahlı Qüvvələrinin mətbuat xidməti bu barədə bildirib.
Manevrlərdə 16.000-dən çox İsveç hərbçisi, eləcə də təxminən 1500 xarici hərbi qulluqçu iştirak edir. Xarici iştirakçılar arasında ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Hollandiya, Almaniya, Danimarka, Norveç, Finlandiya, Estoniya və Latviyadan olan qoşunlar var.
Təlimlər 13 maya qədər davam edəcək.