İran Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə rəsmi olaraq etiraf etdiyindən daha çox ziyan vurub. Onların bərpası üçün milyardlarla dollar lazım olacaq.
Ucnoqta.az xəbər verir ki, NBC News bu barədə mənbələrə istinadən məlumat yayıb.
28 fevralda ABŞ-İsrail hərbi əməliyyatının başlamasından sonra Tehran tez bir zamanda bölgədəki ABŞ-a məxsus onlarla hədəfə, o cümlədən təyyarə anqarlarına, anbarlara, uçuş-enmə zolaqlarına, peyk rabitə infrastrukturuna, radar sistemlərinə və təyyarələrə zərbələr endirib. Nəticədə, ABŞ hərbi bazalarına "ciddi ziyan dəyib", ziyan "ictimaiyyət tərəfindən qəbul ediləndən daha geniş" olub.
NBC News-un məlumatına görə, ABŞ administrasiyası özəl peyk şirkətlərindən bazalarının görüntülərinə girişi bloklamağı istəyib və bu da zərərin dərəcəsini qiymətləndirməyi çətinləşdirib.
Kanalın məlumatına görə, Pentaqonun Yaxın Şərqdəki hərbi obyektlərin faktiki vəziyyəti barədə məlumat verməkdən çəkinməsi bir neçə respublikaçı qanunvericini qəzəbləndirib. Konqres üzvlərindən birinin köməkçisi bildirib ki, "Biz həftələrdir bu barədə suallar veririk və Pentaqon rekord büdcə tələb etsə də, heç bir ətraflı məlumat almamışıq".