Nazir Nizami Kino Mərkəzinin direktorunu işdən çıxardı

11:49 - 27 Aprel 2026 - Mədəniyyət

Nizami Kino Mərkəzinin direktoru Əli-səttar Quliyev vəzifəsindən ayrılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) bildirilib.

Qeyd edilib ki, Əli-səttar Quliyevin müqaviləsinin müddəti başa çatıb.

Bildirilib ki, mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, hazırda Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir.

Xəbər xətti